Xəzər Xəbər

Baş pediatr: “Azərbaycanda qızılcaya yoluxmanı dayandıra bilmişik”

Cəmiyyət | 15:24 • 23 Dekabr 2019
Baş pediatr: “Azərbaycanda qızılcaya yoluxmanı dayandıra bilmişik”

"Azərbaycanda peyvəndləmə yüksək səviyyəddədir”.


Bunu APA-ya açıqlamasında baş pediatr, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. Onun sözlərinə görə, istər Amerika, istərsə də Avropanın ən inkişaf etmiş ölkələrində peyvəndləmənin vaxtında yüksək səviyyədə, yüksək faizlə aparılmaması ilə bağlı çox ciddi problemlər yaşanır:


"Amma Azərbaycanda belə problem yoxdur. Ötən ilin sonlarından başlayaraq Azərbaycanda qızılca xəstəliyi müşahidə olundu. Xəstəlik ya bir dəfə peyvənd olunan, ya da ümumiyyətlə peyvənd olunmayan 20-40 yaşlarında insanlarda daha çox qeydə alındı. Çünki hələ müstəqillik illərindən əvvəl qızılcaya qarşı cəmi 1 dəfə peyvənd olunurdu. Səhiyyə Nazirliyi tərəfindən 2019-cu ilin mart ayından etibarən 20-40 yaşında olan hər kəsin qızılcaya qarşı peyvənd olunması haqqında qərar qəbul olundu, milli kampaniya keçirildi. Hazırda da həmin yaş qrupunda olan şəxslərdə peyvəndlər dövlət vəsaiti hesabına pulsuz yerinə yetirilir. Bu ilin iyul ayından xəstəliyə yoluxmanı dayandıra bilmişik”.

Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda qızılca yox dərəcəsindədir: "Amma buna baxmayaraq, Avropanın bir çox ölkələrində, hətta Amerikanın Nyu-York şəhərində belə qızılcaya tutulanlar var. Bizdə bu xəstəliklərin olmamasının əsas səbəbi ölkədə peyvəndlə əhatənin çox yüksək faizdə olmasıdır. Yəni, 95-97 faiz halda uşaqlar peyvəndə cəlb olunurlar. Biz ilk növbədə valideynlərə təşəkkür edirik ki, onlar peyvəndin dəyərini bilirlər, ona görə də tibb işçilərinin uşaqları peyvəndə cəlb etməsinə mane olmurlar. Azərbaycan dövlətinin, səhiyyəsinin apardığı tədbirlər də öz effektini verir. Çünki 11 yoluxu xəstəliyə qarşı bütün peyvəndlər dövlət tərəfindən maliyyələşdirilir və uşaqlara pulsuz şəkildə tətbiq edilir”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar