Xəzər Xəbər

Bu dəniz məhsulu ilə ehtiyatlı olun – Məsləhət

Cəmiyyət | 15:54 • 23 Dekabr 2019
Bu dəniz məhsulu ilə ehtiyatlı olun – Məsləhət

Midye küçə ləzzətlərinin əvəzedilməz dadlarından biridir.

Midye istehlak edərkən çox diqqətli olmaq lazımdır, əks halda ciddi sağlamlıq problemləri, xüsusilə də qida zəhərlənməsi ilə qarşılaşa bilərsiniz.

Midyeni sağlam dəniz məhsulu kimi qəbul etmək üçün onun yetişdirildiyi yerə diqqət yetirilməlidir. Midye yüksək PH dəyərinə malik olduğundan mikroorqanizmlərin böyüməsi üçün ideal mühit hesab olunur.

Küçə satıcıları tərəfindən gigiyenik və uyğun olmayan temperaturda saxlanılan doldurulmuş midye, qida zəhərlənməsinə və qidadan qaynaqlanan xəstəliklərə səbəb ola bilər.

Midyenin təzə olub-olmadığını əvvəlcə qabığına baxaraq öyrənə bilərsiniz. Midiyenin qabığı təmiz və canlı rəngdə olmalıdır. Köhnə midiyenin qabığı çirkli və solğun görünür. Dondurulmuş midye alsanız, istehlakdan əvvəl son istifadə tarixini yoxlayın.

Bu dəniz məhsulunu həddindən artıq istehlak etmək xolesterol, qan şəkərinin yüksəlməsinə və çəki artımına səbəb ola bilər.

Midye dəniz suyu axıdılması ilə qidalanır. Çirkli sularda yaşayan midiye ətraf mühitdəki ağır metal və bakteriyaları özündə toplaya bilər.

Bu səbəblə midye təmiz sulardan toplanmalı və təmiz bişirildiyinə əmin olduğu yerlərdə istehlak edilməlidir. Əks təqdirdə, ağır metallar zəhərlənməyə gətirər./teleqraf

Xəbər lenti