Xəzər Xəbər

İran tibb təhsili sahəsində Azərbaycan ilə təcrübə və tələbə mübadiləsinə hazırdır

Cəmiyyət | 12:14 • 23 Dekabr 2019
İran tibb təhsili sahəsində Azərbaycan ilə təcrübə və tələbə mübadiləsinə hazırdır

Tibb təhsili sahəsində əməkdaşlıq etmək üçün İran ilə Azərbaycan Respublikasının böyük potensialı var.


Bu açıqlamanı Tehranın Tibb Universitetinin prorektoru Ramin Kordi verib. O, bu günlərdə Bakıda səfərdə olduğunu və Azərbaycan Tibb Universitetində görüşlər keçirdiyini xatırladıb. Qeyd edib ki, Azərbaycanda tibb təhsilinin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Azərbaycanın ali məktəbləri yüksək səviyyəli mütəxəssislər yetişdirmək imkanına malikdirlər.


Onun sözlərinə görə İran bu sahədə Azərbaycan ilə əməkdaşlıq edərək təcrübə və tələbə mübadiləsi aparmağa hazırdır. Belə bir əməkdaşlıq əlaqələri hər iki ölkədə tibb təhsilinin inkişafına və daha yaxşı həkimlərin yetişməsinə təkan verə bilər.


R. Kordi nəzərə çatdırıb ki, Tehran Tibb Universiteti Yaxın Şərqin ən qabaqcıl universitetlərindən biridir. Burada 46 ölkədən 800 tələbə təhsil alır. (AZƏRTAC)

Xəbər lenti