Xəzər Xəbər

Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib

Cəmiyyət | 16:00 • 16 Dekabr 2019
Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib

"Bu il 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib”.


Xezerxeber.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, 26 nəfər isə direktor vəzifəsinə işə qəbul olunub: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 13 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb”.


Rəşad Tağıyev onu da açıqlayıb ki, bu il Bakıda 1433 nəfər fərqlənmə attestatı alıb.


O bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib. 

BŞTİ sədri həmçinin qeyd edib ki, bu il 15 məzun qızıl və gümüş medala layiq görülüb. Onun sözlərinə görə, Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.


Xəbər lenti