Xəzər Xəbər

Uşaq İnkişaf Mərkəzində partlayışın yeraltı qaz sızmasından baş verdiyi ehtimal edilir

Cəmiyyət | 14:00 • 16 Dekabr 2019
Uşaq İnkişaf Mərkəzində partlayışın yeraltı qaz sızmasından baş verdiyi ehtimal edilir

Bakı şəhəri Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində baş vermiş partlayışla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xezerxeber.az-a verilən xəbərə görə, dekabrın 16-da saat 10:15 radələrində Qaradağ rayonu 7 nömrəli Uşaq İnkişaf Mərkəzində partlayış baş verib.


Mərkəzin binasında qaz xətti olmadığına və qazdan istifadə edilmədiyinə görə, ilkin olaraq hadisənin yeraltı qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.


Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur.


Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib.


Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
542 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti