Xəzər Xəbər

Banan alarkən diqqətli olun!

Cəmiyyət | 13:00 • 16 Dekabr 2019
Banan alarkən diqqətli olun!

Sağlamlığınız üçün ən faydalı bananların hansılar olduğunu bilirsinizmi?

XəzərXəbər Axşam.az-a istinadən bu meyvələrin hansının daha yararlı olduğunu sadalayır:

Yaşıl banan tam yetişməmiş meyvədir. Həzm edilməsi çətindir, faydası azdır. Sarı və qəhvərəngli bananlar isə yetişmiş hesab edilir. Əksəriyyət valideynlər üzərində tund ləkələr olan bananı xarab olmuş hesab etdiyi üçün almır. Ancaq əksinə, ən güclü antioksidant tərkibə malik məhz bu bananlardır.

Bu cür meyvə həzm sisteminə yaxşı təsir edir. Tərkibindəki nişasta orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Bundan əlavə, "xallı" bananlar digərlərinə nisbətən potasyumla daha çox zəngindir. Bu da xüsusilə uşaqların zehni inkişafı üçün çox vacibdir.

Xəbər lenti

Çox oxunanlar