Xəzər Xəbər

Mədəmizi Yeni ilə necə hazırlayaq? Şərabı su ilə əvəz edin

Cəmiyyət | 16:24 • 13 Dekabr 2019
Mədəmizi Yeni ilə necə hazırlayaq?

Rusiyalı dietoloqlar Yeni il süfrəsində yeyilə biləcək təamlar barədə açıqlama verib.

Mütəxəssislər bəzi ən sevdiyimiz yeməklərin reseptlərini dəyişdirməyi, yeni menyu düşünməyi tövsiyə ediblər.

Dietoloq Marqarita Korolyova masaya veriləcək yeməkləri əvvəlcədən sınaqdan keçirməyi məsləhət görür. Onun sözlərinə görə, bayram yeməyi yağlı ola bilər. Bir şərtlə ki, orqanizm ona əvvəlcədən hazırlaşsın: "Gecə saatlarında yağlı ətlər yeməyin. Əvəzinə balıq və toyuq əti istifadə edin".

Sergey Oblojko isə bayram günlərində "Aralıq dənizi pəhrizi"nə riayət etməyi tövsiyə edir ki: "Həmin pəhriz qoz-fındıq, balıq, çox miqdarda göyərti, meyvə-tərəvəz, zeytun yağı, qatıq və dəniz məhsullarını ehtiva edir. Salatların hazırlanmasında rafinə edilməmiş yağ və limon suyundan istifadə edin".

Dietoloqlar şərabı su ilə əvəz etməyi məsləhət görür. Belə ki, su, detoks rolunu oynayaraq metobolizmanı gücləndirir./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
376 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti