Xəzər Xəbər

Bakıda bu marşrut marşrut xətləri müsabiqəyə çıxarıldı

Cəmiyyət | 13:45 • 5 Dekabr 2019
Bakıda bu marşrut marşrut xətləri müsabiqəyə çıxarıldı

Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.

BNA-dan XəzərXəbər-ə verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Xəbər lenti