Xəzər Xəbər

Piyada gəzməyin 15 faydası – Mütləq oxuyun və əməl edin

Cəmiyyət | 12:52 • 4 Dekabr 2019
Piyada gəzməyin 15 faydası

Piyada gəzmək insan həytını çətinləşdirməyən, bədəni yormayan, hər yaşa uyğun idman növüdür.

Sıx iş rejimi, ictimai nəqliyyat problemləri insanları tənbəlləşdirir.

Halbuki hərəkət ürək-damar xəstəliklərindən diabetə qədər bir çox xəstəlik riskindən insanı qoruyur.

Gündə ən azı 30 dəqiqə sürətlə gəzmək sağlamlığınıza güc qatır. Piyada gəzməyin 15 faydasını sizə təqdim edirik:

1. Əzələləri gücləndirir. Bədən əzələləri güclənir, ürək əzələləri işini daha sürətli olur, qan təzyiqi tənzimlənir.

2. Beyin-damar və ürək-damar xəstəlikləri riskini azaldır. Qan axını və miqdarını artıraraq dövranı yaxşılaşdırır. Əsas damarlardan əlavə ürək əzələsinin yan damarlarının qidalanması çoxalır. Beləliklə, əsas damarlarda tıxanmaların yaratdığı ziyan minimuma enir.

3. Əzələlərin elastikliyini artırır. Hərəkətsizlik səbəbindən yaranan sərtlik azalır. Ayaq, baldır və onurğa əzələlərini güclənir.

4. Sümükləri gücləndirir. Sümük əriməsinin qarşısını almaq və ya azaltmaqda rol oynayır.

5. Piylənmə riskini azaldır. Maddələr mübadiləsi güclənir, yağ yanır. Orta hesabla 5 km sürətlə gəzmək saatda 400-500 kalori yandırır. Bu, hər gün təkrarlanarsa, ay ərzində 2-3 kiloqram arıqlamaq mümkündür.

6. Yaradıcılığı dəstəkləyir. Beynin oksigen tədarükü artır, yaradıcı düşüncə və zehnin potensialı artır.

7. Həzmi asanlaşdırır, qəbizliyi azaldır.

8. Yuxusuzluq üçün faydalıdır. Yuxu keyfiyyətini yaxşılaşdırır, rahatlamağı təmin edir.

9. Qocalma müddətini gecikdirir.

10. Depressiyanın təbii müalicəsidir.

11. Stressi azaldır. Gərginlikdən uzaqlaşmağa kömək edir. Beyində endorfin, seratonin və dopamin səviyyəsini artırır.

12 Xərçəng riskini azaldır. Kolon (bağırsaq), prostat, döş xərçəngi kimi xərçəng növlərinin inkişaf riski zəifləmiş olur.

13 İştaha nəzarəti təmin edir. İştaha nəzarət etməyə imkan verir, insulin müqavimətini pozur.

14 Alkoqol, kofein və nikotini xaric edir.

15. Xolesterolu azaldır.

teleqraf

Xəbər lenti