Xəzər Xəbər

Bakıda 35 nömrəli məktəbdə təhlükəli çatlar yaranıb

Cəmiyyət | 14:57 • 3 Dekabr 2019
Bakıda 35 nömrəli məktəbdə təhlükəli çatlar yaranıb

"Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb”.


Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.


Korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub: "Bu baxımdan 35 nömrəli tam orta məktəbdə bərpa-gücləndirmə və ya sökülüb yenidən tikilmə işlərinin aparılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər gedir. Bununla əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə məktəb kontingentinin yaxın məsafədə yerləşən 34 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq yerləşdirilməsi məqsədəuyğun hesab edilib. Ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu kimi tədbirlər zamanı dərs prosesinin müvafiq proqram çərçivəsində davam etdirilməsi diqqət mərkəzində saxlanılır”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
494 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti