Xəzər Xəbər

Yeniyetmələrin dörddəbir hissəsi smartfon asılılığından əziyyət çəkir

Cəmiyyət | 21:49 • 30 Noyabr 2019
Yeniyetmələrin dörddəbir hissəsi smartfon asılılığından əziyyət çəkir

Müasir gənclərin dörddəbir hissəsi smartfonlardan asılılıq nümayiş etdirir. Belə ki, smartfon olmayanda onlarda psixoloji pozulma əlamətləri müşahidə olunur. Cavanlar əsəbi və həyəcanlı olurlar, ekran qarşısında keçirdikləri vaxta müstəqil nəzarət edə bilmirlər.


Xezerxeber.az BBC-yə istinadla xəbər verir ki, Londondakı "Kinqz kollec” Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Onlar xəbərdarlıq edirlər ki, belə asılılıq psixi sağlamlığa ciddi ziyan vurur.


Yeniyetmələrin smartfondan nəzarətsiz istifadə etmələri onlarda qorxu və depressiya əlamətləri yaradır, yuxusuzluğa və müvəffəqiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.


"BMC Psychiatry” tibb nəşrində dərc edilmiş məruzədə alimlər ümumən 42 min yeniyetmənin iştirakı ilə keçirilmiş 41 tədqiqatın məlumatlarını təhlil ediblər. Yeniyetmələrin 23 faizində smartfondan asılılıq əlamətləri aşkar edilib. Məlum olub ki, smartfon "sevgisi” çox vaxt onların başqa məşğuliyyətlərinə ziyan vurur.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
523 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti