Xəzər Xəbər

Polis metroda itirilən çantanı taparaq sahibinə qaytarıb

Cəmiyyət | 18:06 • 30 Noyabr 2019
Polis metroda itirilən çantanı taparaq sahibinə qaytarıb

Noyabrın 29-da Göyçay rayon sakini A.Əliyeva qatarda əl çantasını itirməsi barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib. O, çantasında pul, qızıl-zinət əşyaları və sənədlərinin olduğunu deyib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə çanta polis əməkdaşları tərəfindən "Dərnəgül” stansiyasında qatarda aşkar edilib.


Qadın Metropolitendə Polis Şöbəsinə dəvət edilib, polis əməkdaşları çantanı ona təqdim ediblər.


A.Əliyeva müraciətinə belə həssas yanaşılmasına, operativliyə və səmimi ünsiyyətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti