Xəzər Xəbər

GUAM-a üzv dövlətlərin ali məktəblərinin diplomlarının tanınması müzakirə edilib

Cəmiyyət | 09:31 • 27 Noyabr 2019
GUAM-a üzv dövlətlərin ali məktəblərinin diplomlarının tanınması müzakirə edilib

Kiyevdə GUAM Parlament Assambleyasının plenar sessiyası çərçivəsində komitə iclasları keçirilib.


GUAM PA-nın Elm, mədəniyyət, təhsil və idman məsələləri komitəsinin iclasında çıxış edən Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli Azərbaycanın 2013-cü ildə təhsilin inkişafına dair Dövlət Strategiyasını qəbul etdiyini və bu sahədə bir sıra islahatlar apardığını diqqətə çatdırıb.


Onun sözlərinə görə, GUAM-a üzv dövlətlərinin təhsil sahəsində normativ-hüquqi aktları uyğunlaşdırılmalıdır və gələcəkdə bu qurumun üzv ölkələrinin ali məktəblərinin diplomlarının qarşılıqlı tanınması perspektivinə baxmaq olar.


Gürcüstan komitənin 2020-ci il üçün sədrliyini Moldovaya təqdim edib.


GUAM PA-nın Ticarət-iqtisadi məsələlər üzrə komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimlinin "GUAM-a üzv ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı” adlı məruzəsi dinlənilib. Ə.Məsimli məruzədə qeyd edib ki, quruma üzv ölkələrin arasında gömrük, nəqliyyat, logistika və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi intensivləşdirilməlidir. GUAM-a üzv olan ölkələr Azərbaycanın hesabatında qeyd olunan məsələləri dəstəkləyib. Komitənin 2020-ci il üçün sədrliyi Gürcüstana keçib. (AZƏRTAC)

Xəbər lenti