Xəzər Xəbər

Elə bilirdilər bu bitkilər xərçəngi müalicə edir, heç demə... – Siyahı

Cəmiyyət | 16:14 • 26 Noyabr 2019
Elə bilirdilər

Mütəxəssislər bəzi bitki mənşəli dərmanların xərçəng xəstələrinə mənfi təsir göstərdiyi üçün həkimlə məsləhətləşmədən alternativ bitki mənşəli dərmanlara yönəlməməsi lazım olduğunu bildirib.

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən döş xərçəngi konfransında iştirak edən mütəxəssislər bu dərmanların kimyaterapiya və hormon terapiyasına mənfi təsir göstərərək yaraların sağalmasını ləngidə biləcəyini söyləyib.

Konfransda danışan Portuqaliyalı professor Mariya Joavo Kardoso həkimlərin xəstələrinin bitki mənşəli dərman qəbul etdiyindən xəbərdar olmadıqlarını deyib. O, hər beş döş xərçəngindən birində xərçəngin dəridə yayılaraq yaralara səbəb olduğunu qeyd edib. Xəstələrin istifadə etdikləri bitki tərkibli kremlər yaraların sağalmasını gecikdirir.

Hansı bitki mənşəli dərmanlardan qaçmaq lazımdır?

Sarımsaq, zəncəfil, sarıkök, jenşen, ağtikan, at şabalıdı kimi bitki mənşəli məhsullar qan laxtalanmasını gecikdirir.

Bir çox xəstələr bu tip tərmanların xəstəliyə kömək edəcəyini düşünür. Kardoso qeyd edib ki, belə bitki mənşəli dərman və kremlər xərçəngin müalicəsinə mənfi təsir göstərə bilər. Onların tərkibindəki maddələr çox mürəkkəbdir və müalicənin təsirini azaldır, yaranın sağalmasını gecikdirir.

İngiltərədəki Xərçəng Araşdırma Dərnəyi bəzi dərmanların ənənəvi müalicələrin təsirini azalda biləcəyini qeyd edib. Eyni zamanda qreyfurd və portağal kimi meyvələr xərçəng dərmanlarını bədəndə parçaladığı üçün müalicə əsnasında onlardan qaçmaq lazımdı.

Bununla yanaşı yoqa, akupunktur kimi fəaliyyətlər xəstələrin stresə qalib gəlməsinə və həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edə bilər./teleqraf

Xəbər lenti