Xəzər Xəbər

"Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 1000-ə yaxın söz çıxarılıb

Cəmiyyət | 11:32 • 26 Noyabr 2019
"Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən 1000-ə yaxın söz çıxarılıb

""Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanan "Azərbaycan dilinin orfoqrafiya lüğəti” dekabr ayının sonunda hazır olacaq”.


Bunu APA-ya açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İntitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, hazırda lüğət çap olunur və hazır olduqdan sonra kitabxanalara paylanacaq: "Lüğətdən 1000-ə yaxın söz çıxarılıb və 4000-dək yeni söz əlavə olunub. Bəzi qondarma sözlər var ki, onlar lüğətdən çıxarılıb. Bundan başqa, müxtəlif fonetik variantı olan eyni sözün təkrarı çoxdur. Məsələn altın- altun, tələmtələsik -təlmətələsik. Yaxud qaboy-qoboy, qırov-qrov. Bunlar eyni sözdür, amma iki fonetik variantı verilib. Belə sözlər lüğətdən çıxarılıb. Sonra abituriyentli, abituriyentsiz sözləri də çıxarılıb, çünki bizdə belə söz yoxdur. Acıdilolma, ağartısızlıq, abzasdanbaşlama da ayrıca müstəqil sözlər deyil. Ona görə belə sözlər lüğətə düşməməlidir və lüğətdən çıxarılıb”.


Direktor lüğətə daxil edilən yeni sözlərdən də danışıb: "Orfoqrafiya lüğətinə daxil olanlar yeni sözlərdir. Məsələn, feysbuk, tvitter və s. Belə sözlər çoxdur. Lüğətə daxil edilən sözlər əsasən Avropa mənşəlidir. Amma özümüzə aid sözlər də var. Məsələn, uzadıcı və s. ".


Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti