Xəzər Xəbər

Paytaxt qəsəbələrində sakinlərin problemləri müzakirə edilir

Cəmiyyət | 10:27 • 25 Noyabr 2019
Paytaxt qəsəbələrində sakinlərin problemləri müzakirə edilir

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətlərinin başçıları şəhərin qəsəbələrində sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər. 


Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə rayonların rəhbərliyi ilə yanaşı rayonların təsərrüfat və xidmət sahələrinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri, ağsaqqallar, din xadimləri, təhsil və səhiyyə işçiləri, digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

Tədbirlər çərçivəsində Qaradaq RİH başçısı Süleyman Mikayılov rayonun Çeşildağ və Körgöz qəsəbələrində, Suraxanı RİH-nin bağçısı Əziz Əzizov Hövsan qəsəbəsində, Xəzər RİH-nin başçısı Elşən Salahov Binə qəsəbəsində, Binəqədi RİH başçısı Elxan Allahverdiyev M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu RİH başçısı Adil Vəliyev Maştağa, Ramana və Nardaran qəsəbələrində görüşlər keçirmiş, sakinlərin müraciət və təklifləri dinlənilmişdir.

Sakinlərin böyük fəallığı və ənənəvi "Açıq mikrofon” formatında ilə keçən görüşlərdə ölkə başçısı tərəfindən həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə edilmişdir.

Görüşlərdə irəli sürülən bütün müraciət və təkliflər nəzarətə götürülmüşdür.






Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar