Xəzər Xəbər

Ən təhlükəsiz bitki yağları məlum oldu

Cəmiyyət | 13:14 • 24 Noyabr 2019
Ən təhlükəsiz bitki yağları məlum oldu

Bəzi bitki yağlarının tərkibinə "pis” xolesterini artıra bilən və ürək-damar xəstəlikləri və diabet ilə nəticələnə bilən transyağlar daxildir.

"Health.News” nəşrinin məlumatına əsasən, həkimlər oksidləşməyə ən davamlı və buna görə də ən təhlükəsiz məhsulları seçiblər.

Liderlər sırasında kokos yağının da adı çəkilir. Həkimlərin dediyinə görə, bu yağın keyfiyyəti hətta səkkiz saat fasiləsiz qızdırmadan sonra da saxlanılır. Məhsulun oksidləşməyə davamlılığı onunla izah olunur ki, o, 90%-dən çox doymuş yağdan ibarətdir. Mütəxəssislər zeytun və avokado yağlarını da ən təhlükəsizlərin siyahısına salıblar.

"Zeytun yağı kimi, avokado yağı da böyük miqdarda monodoymamış yağları ehtiva edir. O, olein turşusu ilə zəngindir ki, bu da bədəndə iltihabı azalda bilər. Bu yağ, həmçinin ürək üçün faydalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, avokado yağı ilə zəngin pəhriz qan təzyiqini azalda bilər”, - deyə nəşr yazır.

Günəbaxan yağına gəldikdə isə, həkimlər onu həddində istifadə etməyi məsləhət görürlər. Tərkibində çox sayda omeqa-6 olduğundan, məhsul iltihablara səbəb ola bilər. O, həmçinin daha sürətlə oksidləşir, ona görə də qida məhsullarını bu yağda aşağı temperaturda qızartmaq lazımdır.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti