Xəzər Xəbər

Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurl həyata keçirilir

Cəmiyyət | 14:32 • 20 Noyabr 2019
Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurl həyata keçirilir

Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın "Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Ötən müddət ərzində görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində ciddi irəliləyişlər əldə olunub.


Xezerxeber.az xəbər verir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın "Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış pilot layihənin yekunlarına dair keçirilən mətbuat konfransında Kommunal xidmət müəssisinin direktoru İlqar Hüseynov qeyd edib ki, vətəndaşlara izahetmə işləri, maarifləndirici tədbirlər, mətbuatda geniş yayımlanma öz bəhrəsini verib. Layihəyə əsasən Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilrb, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilir.


O qeyd edib ki, bu müddət ərzində şirkətin mütəxəssisləri mütamadi olaraq pilot layihənin həyata keçirildiyi Nərimanov rayonunda tullantıların tərkibinin və digər konponentlərin öyrənilməsi və nəticələrini daha da artırılmasının yollarını araşdırıb, müvafiq təlimatlar veriblər.


İ.Hüseynov əlavə edib ki, layihənin növbəti mərhələsinə keçidlə bağlı "Mott MacDonald” şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri Martin Saymon və Devid Dray Bakıya gəliblər.


Martin Saymon bildirib ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar. Müqayisə üçün qeyd olunub ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatıb.


M.Saymon qeyd edib ki, Nərimanov rayonunda 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 32 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olub ki, bu yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Bu səbəbdən Saymon Nərimanov sakinlərinə minnətdarlığını bildirib.


O əlavə edib ki, gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə daha 3 rayonun mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur.


Bildiriblər ki, layihənin icrası zamanı bir sıra çatışmamazlıqlarda olub. Bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə prosseslərin tam yerinə yetirilməsinə maneçilik törətmələri bu hallardandır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar.


Mütəxəssislər qeyd edib ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək.

Xəbər lenti