Xəzər Xəbər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda - FOTO

Cəmiyyət | 14:03 • 18 Noyabr 2019
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda -

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər. Onları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycana dəvət edib.


AMEA-dan xezerxeber.az-a bildirilib ki, akademik İsa Həbibbəyli ilə görüşdə qonaqlara Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı, böyük demokrat yazıçıya Azərbaycanda dövlət səviyyəsində göstərilən yüksək ehtiram haqqında məlumat verilib. Qonaqlar, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş tədbirlər barədə geniş məlumat alıblar.


Görüş zamanı, eyni zamanda, 1942-ci ildə Azərbaycandan getmiş Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin mühacirət həyatından və onun dünyanın müxtəlif ölkələrində yaşayan övladlarının və nəvə-nəticələrinin taleyindən geniş söz açılıb. Akademik İsa Həbibbəyli qonaqlara Cəlil Məmmədquluzadəyə həsr edilmiş kitablar və böyük yazıçının metal üzərində əllə döymə üsulu ilə işlənmiş portreti hədiyyə edib.


Polşadan gəlmiş qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində və İçərişəhərdə olublar.


Onların Cəlil Məmmədquluzadənin ev-muzeyinin yenidən qurulmasından sonra açılışı mərasimində iştirakı nəzərdə tutulur.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamı üzrə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlər planına uyğun olaraq Milli Kitabxanada Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə keçirəcəyi beynəlxalq elmi konfransda Martin Cavanşirin çıxışı nəzərdə tutulur.


Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilə AMEA-da və Yazıçılar Birliyində də görüşlər keçiriləcək. Qonaqlar Azərbaycanın bir qrup ziyalısı ilə birlikdə bu gün böyük demokrat yazıçının Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti