Xəzər Xəbər

Qadınların kabusuna çevrilən bu xəstəliyə kişilər də tutulur

Cəmiyyət | 13:00 • 15 Noyabr 2019
Qadınların kabusuna çevrilən

Adətən qadın xəstəliyi kimi bilinən süd vəzisinin xərçəngi Türkiyədə kişilər arassında da yayılmağa başlayıb. Təkcə bu il ərzində Türkiyədə 500-dən çox kişidə bu xəstəlik aşkarlanıb. Həkimlər artıq həyəcan təbili çalmağa başlayıblar. Bəs Azərbaycanda vəziyyət necədir? Görəsən, bizdə də kişilər arasında bu xəstəliyə tutulanlar varmı?

XəzərXəbər xəbər verir ki, bu barədə onkoloq Samir Hacıbabayev "Yeni Sabah”a danışıb. O bildirib ki, ölkəmizdə də bu xəstəliklə bağlı kişi arasında artım müşahidə edilir. "Azərbaycanda kişilər arasında süd vəzisinin xərçəngində nisbətəna artış var. Son zamanlar kişilərdə anabolik dərmanlar və preparatlar qəbul edirlər, xüsusən də idmançılar. Bəzi pasiyentlər sonsuzluq üçün hormonal dərmanlar qəbul etdiyi üçün onlarda süd vəzisində rüşeym halında toxuma olur. Daha sonra həmin toxuma inkişaf edir və orada xoşagəlməz hallar baş verir”.

Həkim həmçinin kişilərə bədənlərində bu hallara rast gəldikdə mütləq həkimə müraciət etmələrini məsləhət görür: "Hər iki sinədə böyümə ola bilər. Əvvəlcə hər iki tərəfdə böyümə olur. Daha sonra isə tərəflərdən birində sərtləşmə başlayır. Lakin bu proses əksər vaxt bir tərəfli olur. Nadir hallarda ikinci tərəfə də yayıla bilər. Qoltuqaltında kiçik limfa düyünləri böyüyə bilər, qol şişə bilər. Son və ya sağ qolda ağrı ola bilər. Ağrı çiyin bölgəsinə də yayıla bilər”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
439 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti