Xəzər Xəbər

İşsizlikdən sığorta fondunun 2020-ci il üçün büdcəsinin sərf olunacaq istiqamətləri

Cəmiyyət | 17:37 • 4 Noyabr 2019
İşsizlikdən sığorta fondunun 2020-ci il üçün büdcəsinin sərf olunacaq istiqamətləri

İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcəsinin 128,2 milyon manat təşkil edəcəyi planlaşdırılır ki, bu da 2019-cu ilə nisbətən 30 faiz çoxdur. Fondun 2020-ci il büdcəsinin əsas xərc istiqaməti kimi, 63,7 milyon manat vəsaitin özünüməşğulluq proqramının icrası işlərinə, proqrama cəlb olunanların kiçik təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara aktivlərin alınmasının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, fondun gələn ilki büdcəsindən işsizliyə görə sığorta ödənişləri üçün 5 milyon manat, peşə hazırlığı və əlavə təhsil kurslarının və peşəyönümü məsləhət xidmətlərinin, əmək yarmarkalarının və əmək birjalarının təşkili, "E-əmək birjası” portalının yaradılması, peşə standartlarının hazırlanması üçün 9,5 milyon manat ayrılması nəzərdə tutulur.


Haqqı ödənilən ictimai işlərin təşkilinə isə İşsizlikdən sığorta fondundan gələn il 2 milyon manat ayrılması planlaşdırılıb.


Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müddətli (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat yönəldilməsi də fondun 2020-ci il üçün büdcə layihəsinin xərclər istiqamətlərinə daxildir.


Gələn il DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, növbəti ildə yeni DOST mərkəzlərinin və 2 regional peşə tədrisi mərkəzinin yaradılması, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Dövlət Məşğulluq Xidmətinin saxlanması, elektron xidmətlərin genişləndirilməsi və s. işlərdə də İşsizlikdən sığorta fondu mühüm dəstək olacaq. Bu istiqamətlər üzrə fonddan 43 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulur.


Habelə sosial müdafiəyə ehtiyacı olanların məşğulluğu üçün məqsədli proqramlar, əmək hüquqlarının həyata keçirilməsi üçün digər aktiv tədbirlər üçün fonddan ayrılması planlaşdırılan vəsait 2 milyon manat təşkil edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
538 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti