Xəzər Xəbər

Bu qəsəbələrdə su olmayacaq

Cəmiyyət | 11:57 • 4 Noyabr 2019
Bu qəsəbələrdə su olmayacaq

Bəzi ərazilərdə su təchizatı dayandırılacaq.

"Azərsu” ASC-dən XəzərXəbər-ə verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti