Xəzər Xəbər

Yetkinlik yaşına çatmayan şəxsə siqaret satan satıcı cərimələnib

Cəmiyyət | 12:14 • 1 Noyabr 2019
Yetkinlik yaşına çatmayan şəxsə siqaret satan satıcı cərimələnib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məluama görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.


Həmin mağazanın satıcısı V.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.


Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər lenti