Xəzər Xəbər

Nazirlik: Yeni Ramana yolunda qəzada xəsarət alanlar evə buraxılıb

Cəmiyyət | 09:34 • 1 Noyabr 2019
Nazirlik: Yeni Ramana yolunda qəzada xəsarət alanlar evə buraxılıb

Dünən Yeni Ramana yolunda baş verən avtomobil qəzası nəticəsində 3 saylı şəhər xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə ümumilikdə 9 nəfər gətirilib.


Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib.


"Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti