Xəzər Xəbər

Azərbaycanda su itkilərinin əsas səbəbləri açıqlandı

Cəmiyyət | 18:02 • 31 Oktyabr 2019
Azərbaycanda su itkilərinin əsas səbəbləri açıqlandı

Ölkənin su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15 faizini təşkil edir. Su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var.

Bunu YAP-ın Qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci illə müqayisədə, 20 sm-dən 100 sm-dək aşağıdır:

"Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir. 2018-ci ilin oktyabrında suyun səviyyə 70,78 m təşkil etmişdi. Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard m3 suyun 3.6 milyard m3, yəni 28 faizi itkiyə gedir”.

Nazir bildirib ki, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir:

"Suların dəqiq uçotunun aparılması, eləcə də, tullantı sularının təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsitəklif olunur. Suyun qənaətlə istifadə olunması üçün nazirliyin hədəfləri var və növbəti illər ərzində bu istiqamətində ciddi proqramlar həyata keçiriləcək”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
362 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti