Xəzər Xəbər

Bu havada nəfəs almaq siqaretdən 350 qat daha təhlükəlidir Ekspertdən XƏBƏRDARLIQ

Cəmiyyət | 15:09 • 31 Oktyabr 2019
Bu havada nəfəs almaq siqaretdən 350 qat daha təhlükəlidir

Bir çox insanlar yandırılmış xəzəl qoxusundan zövq alır. Lakin məlum olub ki, bu, sağlamlığa ciddi ziyan vurur.

Ukrayna mətbuatı xəbər verir ki, ekoloq Svetlana Berzina saralmış payız yarpaqlarının yandırılması zamanı meydana gələn hava tullantılarının siqaret tüstüsündən 350 qat daha zərərli olmasını bildirib.

Bəs niyə bu qədər təhlükəlidir?

İş ondadır ki, xəzəllər nəm şəkildə yandırıldıqda tüstüləyir. Nəticədə dəm qazı yaranır. Ancaq bundan əlavə benzopiren kimi kanserogen maddə meydana gəlir. Məlum olduğu kimi, kanserogen maddələr xərçəng riskini artıra bilər.

Bir ton zibil yandırılırsa, havada 30 kq-dan çox zərərli kimyəvi maddələr əmələ gəlir. Müvafiq hava şəraiti olmadıqda onlar itmir. Dolayısı ilə bu komponentlər torpağa nüfuz edir, yeri və suyu çirkləndirir.

Siqaretin təhlükəsi haqqında hamımız bilirik. Ancaq həqiqət budur ki, əgər xəzəllərin yandığı tonqalın yanında olsanız və bu hava ilə nəfəs alsanız - bu, siqaretdən 350 dəfə daha təhlükəlidir.

Təəssüf ki, yarpaqların yandırılması adi hal kimi qəbul edilir. Hətta məşhur rəvayət var: yarpaqları yandırsan, torpaq daha münbit olacaq. Lakin mütəxəssislər bunun belə olmadığını deyir. Bu, nəinki havanı korlayır, həm də ağciyərlərinizə zərər verir./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti