Xəzər Xəbər

“Twitter” siyasi mövzularda reklamları qadağan edib

Cəmiyyət | 08:47 • 31 Oktyabr 2019
“Twitter” siyasi mövzularda reklamları qadağan edib

Dünyada ən çox istifadəçiyə sahib sosial media platformalarından olan "Twitter” noyabrdan etibarən siyasi mövzularda reklamların paylaşılmasına icazə verməyəcək.


Xezerxeber.az xəbər verir ki, bu barədə açıqlama verən "Twitter”in baş icraçı direktoru Cek Dorsi bildirib: "Twitter”də siyasi mövzularda bütün reklamları dayandırmağı qərara aldıq. Bu qərar təkcə ABŞ-da deyil, bütün dünyadakı istifadəçilərə də şamil olunacaq”.


O, siyasi mesajların satın alınmasının deyil, buna layiq olanlara çatdırılmasının tərəfdarı olduqlarını bildirib. C.Dorsi müasir dövrdə siyasi mesajların reklamlar vasitəsilə insanlara çatdırılmasının doğru olmadığını vurğulayıb.


Noyabrın 22-dən qüvvəyə minəcək qərarın 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl qəbul edilməsi müxtəlif fikirlərə yol açıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti