Xəzər Xəbər

1 həftəyə 2-3 kq arıqladan – YUMURTA PƏHRİZİ

Cəmiyyət | 14:21 • 24 Oktyabr 2019
1 həftəyə 2-3 kq arıqladan

Çox effektiv olan bu dietik planı digər bütün dietalar kimi 1 həftədən artıq saxlamaq olmaz. Eləcə də böyrəklər, zülalla, xolesterinlə bağlı probleminiz olmamalıdır ki, siz bu pəhrizə başlayasız.

XəzərXəbər Medicina.az-a istinadla yumurta tərkibli, orqanizmdən artıq piyləri çıxaran 7 günlük pəhrizi təqdim edir:

1 gün:

Səhər: adi çay, tost çörək 2 soyutma yumurta ilə, 2 portağal
Günorta: 200 qr suda bişmiş toyuq, 1 stəkan qatıq
Axşam: 1 portağal, 1 yumurta, 120 qr toyuq filesi

2-ci gün:

Səhər: çaya limon sıxıb içmək, tost və 2 yumurta
Günorta: 1 ədəd qreypfrut, 140 qr balıq
Axşam: 3 soyutma yumurta, qatıq

3-cü gün:

Səhər: 1 limonun suyu sıxılmış su, 2 dəd yumurta, tost
Günorta: 1 qreypfrut, 200 qr mal əti
Axşam: 3 yumurta, qatıq

4-cü gün:

Səhər: kükü 3 yumurta ilə, çay
Günorta: 1 portağal, 140 suda bilmiş file, göyərti
Axşam: 1 yumurta, 200 qr suda bişmiş lobya

5-ci gün:

Səhər: Təzə sıxılmış portağal şirəsi, 200 qr yoqurt
Günorta: 2 soyutma yumurya, 2 ədəd qrepfrut
Axşam: 3 yumurtadan omlet, 200 qr göyərti və tərəvəz salatı

Digər 2 günü 3,4,5-ci günün menyusundan birini təkrarlaya bilərsiz

Pəhriz müddətində adi su qəbulunu artırın

Xəbər lenti