Xəzər Xəbər

Həkim arıqlamağa kömək edən SİRRİ AÇDI

Cəmiyyət | 15:20 • 23 Oktyabr 2019
Həkim arıqlamağa kömək edən

Tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov arıqlamaq istəyən hər kəsə dünya şöhrətli balerina Maya Plisetskayanın pəhrizini tövsiyə edib.

XəzərXəbər Publika.az-a istinadən xəbər verir ki, "Moskva Danışır" radiostansiyasına müsahibəsində həkim səbəbləri belə izah edib: "O, həmişə deyirdi ki, həddindən artıq çəki həmişə kalorili qidalanmanın artması və enerji xərclənməsinin azalması ilə əlaqələndirilir".

Jemçuqovun sözlərinə görə, ofis işçiləri adətən gündə orta hesabla 1,5 min kalori sərf edirlər.

"Əgər orta yaşlı bir adam 1,5 mindən az kalori qəbul etsə, arıqlayacaq. Kalorinin miqdarı 1.5000-dən çox olarsa, sağlam və heç bir diabet xəstəliyi olmayan insan kökəlməyə başlayacaq".

Ekspert onu da əlavə edib ki, qida miqdarının azaldılması ilə də arıqlaya bilməyən insan mütləq həkimə getməli, qanda şəkərin, hemoqlobin və hormonların səviyyəsini, cinsiyyət orqanları və tiroid vəzini yoxlatdırıb müayinə olunmalıdır.

"Hər şey qaydasındadırsa, karbohidrat miqdarını təyin etməlisiniz" , - deyə immunoloq qeyd edib.

Mütəxəssis sonda arıqlamağa təşviq edən məhsulları adını açıqlayıb. Onun sözlərinə görə, çəki atmaq istəyən insanlar pəhrizə qatıq, kefir, turşu kələm və çay göbələyi əsaslı içkilər əlavə etməlidirlər.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti