Xəzər Xəbər

Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq - HARADA?

Cəmiyyət | 12:55 • 22 Oktyabr 2019
Bakıda lift və eskalatoru olan

Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidinin inşası davam etdirilir.

XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, uzunluğu 76 metr, eni isə 3.6 metr olan keçidin yol səviyyəsindən hündürlüyü 9.4 metrdir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib: "Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib".

A.Nəcəfli bildirib ki, yeraltı keçiddə həm eskalator, həm də lift quraşdırılacaq ki, bu da əlil vətəndaşların keçiddən istifadəsini asanlaşdıracaq.

Xatırladaq ki, Bakıda lift və eskalator olan daha bir yerüstü keçid paytaxtın Moskva prospektində, "Şamaxı yolu" adlanan ərazidə inşa edilir.

Xəbər lenti