Xəzər Xəbər

Euronews: Zubrlar Qafqaza gedir

Cəmiyyət | 17:24 • 21 Oktyabr 2019
Euronews: Zubrlar Qafqaza gedir

"Euronews” telekanalında "Zubrlar Qafqaza gedir” adlı süjet göstərilib. AZƏRTAC xəbər verir ki, süjet Qafqaz zubrlarının Azərbaycana qaytarılmasına həsr olunub.


Süjetdə deyilir: "Azərbaycana zubrlar gətirilib. Bu, cütdırnaqlı heyvanların Cənubi Qafqazda reintroduksiyası üzrə proqram çərçivəsində 12 baş heyvandan ibarət ikinci partiyadır. İlk səkkiz baş heyvan hələ may ayında gətirilib. Zubrları Fransa, Belçika və Almaniya parklarından göndərirlər. Bu heyvanlar IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirilən "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində gətirilib.


Hesab edilir ki, Şimali Qafqazda sonuncu zubr XX əsrin əvvəllərində öldürülüb, Cənubi Qafqazda isə onların nəsli daha əvvəl kəsilib.


WWF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib: "İndiki nəsil üçün zubr görünməmiş, naməlum və yeni heyvandır. Hətta bu gün dilimizdə zubru adlandırmaq üçün öz sözümüz yoxdur. Bax buna görə çoxsaylı insanlar yanımıza gəlir. Zubrlara tamaşa etmək və layihəmizin necə inkişaf etdiyini görmək onlar üçün çox maraqlıdır.


Cənubu Qafqazda zubrların populyasiyasını ilk dəfə hələ ötən əsrin 60-cı illərində bərpa etmək cəhdi göstərilib. Lakin bu cəhd uğursuzluqla nəticələnib, müasir şərait yüz il əvvəlkindən fərqli olduğuna görə heyvanlar nəsil verməmiş tələf olub.


Bu gün alimlər təkcə zubrları təbiətə deyil, təbiəti də zubrlara uyğunlaşdırmağa çalışırlar. Bunun üçün, məsələn, zubrların xoşuna gələn iynəyarpaqlı ağaclar əkilir”.


Xatırladaq ki, Fransa və Belçikadan gətirilmiş 8 baş Qafqaz zubrundan ibarət birinci partiya bu il mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsindəki xüsusi əraziyə buraxılıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti