Xəzər Xəbər

Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub

Cəmiyyət | 14:07 • 17 Oktyabr 2019
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub

Son 5 ildə məktəblərin müəllim heyəti keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.


Xezerxeber.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən ənənəvi mətbuat konfransında deyib.


Nazir diqqətə çatdırıb ki, müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində xeyli iş görülüb.


"Həyata keçirilən bütün tədbirlər cəmiyyətdə müəllimlərin işə qəbulunun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb”, - deyə Ceyhun Bayramov qeyd edib.

Xəbər lenti