Xəzər Xəbər

Hər il 5 milyon insan tənbəllikdən ölür – Bəs siz tənbəlsiz?

Cəmiyyət | 16:46 • 16 Oktyabr 2019
Hər il 5 milyon insan tənbəllikdən ölür

Nə qədər qəribə səslənsə də, dünyada hər il 5 milyondan çox insan tənbəllikdən ölür.

XəzərXəbər Medicina.Az-aistinadən xəbər verir ki, mütəxəssislər gənc və orta yaşlı insanlara həftədə ən az 75-150 dəqiqə məşq etmələrini tövsiyə edir. Çünki hərəkətsiz qalmaq ölümün ən vacib səbəblərindən biridir.

Hətta bəzi mütəxəssislər hesab edir ki, ölüm riskinə görə tənbəllik siqaret ilə eyni dərəcədə təhlükəlidir. Romada Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunan hesabata görə, oturaq həyat tərzinin yaratdığı ürək-damar xəstəlikləri səbəbindən hər il 5 milyondan çox insan həyatını itirir. Bu həm də təkcə Avropada sağlamlıq xərclərinin 80 milyard avrodan çox olmasına gətirib çıxarır.

39 min insan üzərində aparılan araşdırmanın nəticələrinə görə, idman və fiziki aktivlik yaş və cinsiyyət faktoru da daxil olmaqla ürək-damar xəstəliklərində ölüm riskini daha da yüksəldir. Norveçli tədqiqatçı Dr. Javaid Nauman qeyd edir ki, davamlı məşq etməyin sağlamlığa necə xeyri olduğunu onsuz da bilirik. Lakin insanlar ürək-damar xəstəliklərini və ölüm riskini azaltmaq üçün nə qədər məşq etməli olduqlarının fərqində deyillər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti