Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb - FOTO

Cəmiyyət | 12:57 • 13 Oktyabr 2019
Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb -

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.


Bu barədə Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək.


Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti