Xəzər Xəbər

Avtomobilinizi qışa BELƏ HAZIRLAYIN - Usta vaxt itirməməyi MƏSLƏHƏT GÖRDÜ

Cəmiyyət | 17:22 • 12 Oktyabr 2019
Avtomobilinizi qışa BELƏ HAZIRLAYIN -

Qış mövsümünün yaxınlaşması avtomobillərin qışa hazırlıq məsələsini yenidən gündəmə gətirib.Hər bir sahə indidən öz tədarükünü görür. Yağışlı və qarlı havada isə əsas çətinlik sürücülərin üzərinə düşür. Palçıqlı və sürüşkən yollarda avtomobiliidarə edən sürücü həm də bir sıra təhlükəli vəziyyətlə üzləşir. Bu halın yaşanmaması üçün nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə olmasımütləqdir.

Redaktor.az-a danışan avtomobil ustası Əli Sultanov bildirib ki, ilk növbədə mühərrikin soyutma sisteminə diqqət etmək lazımdır:

"Soyutma sisteminin antifriziyenilənməli, keyfiyyətlisi ilə əvəzlənməlidir. Bununla yanaşı avtomobilinsu-drenaj sistemləri təmizlənməlidir. Usta tərəfindən sistem yoxlanılmalıdır. Çünki yayboyu hava isti olduğundan həminsistemə toz yığılır. Yağış yağandan sonra tozlu su həmin hissədən salonun içərisinə axmağa başlayır".

Usta qeyd edib ki, qışda ən aktual problem avtomobillərin təkərləri ilə bağlı olur:

"Təkərlərimütləq yeniləmək lazımdır. Yağış, qar olacağını nəzərə alsaq, daha yeni, dözümlü təkərlərə keçilməlidir. Həmçinin şüşə silən rezinlər dəyişdirilməlidir. Adətən yayda məsləhət görülür ki, yaxşı şüşə silən rezinlər çıxarılıb, köhnə rezinlərləəvəzlənsin. Çünki yayda hava isti olduqda, rezinlər günün altında qalıb quruyur.Əgər, rezinlər quruyubsa, həmin şüşə silənlər də təzələnməlidir. Eyni zamanda avtomobilin ön, alın şüşələrini yumaq üçün su qabı olur, onun xüsusi antifrizi var. Həmin antifrizdən istifadə olunmalıdır”.

O, məsləhət görüb ki, artıq bu işlərin görülməsinə başlanılmalıdır:

"Temperatur aşağı düşəndə sürücülər usta növbələrində dayanırlar. Halbuki bunu vaxtında etsələr, daha az problemlə üzləşərlər.Mövsümə uyğun olaraq avtomobillərin qeyd etdiyim texniki hissələrinəxüsusi diqqət etmək lazımdır. Ən əsası nəqliyyat vasitəsi həmişə saz vəziyyətdə olmalıdır".

Xəbər lenti