Xəzər Xəbər

Qubada Alma bayramı

Cəmiyyət | 17:15 • 12 Oktyabr 2019
Qubada Alma bayramı

Qubada VI "Alma Bayramı”na start verilib.

Bayram tədbiri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Tədbir parkın qarşısında rəsmi açılış mərasimi və möhtəşəm paradla başlanıb. Parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək. Eləcə də, müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcək.

Tədbirdə Respublikanın populyar incəsənət ustalarının, eləcə də, Quba və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert veriləcək.

Ötən ildən fərqli olaraq, bu il konsert proqramı gün ərzində davam edəcək, bayram şənliyi axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti