Xəzər Xəbər

Ata olmağa hazırlaşan kişilərə xəbərdarlıq: Azı 6 ay əvvəldən içkini atmaq lazımdır

Cəmiyyət | 15:17 • 9 Oktyabr 2019
Ata olmağa hazırlaşan kişilərə xəbərdarlıq:

Həkimlər məsləhət görür ki, övlad dünyaya gətirməyi planlaşdıran ana spirtli içkidən uzaq dayansın. Amma zamanla mütəxəssislər başqa cür ifadə olunmağa başlayıb.

Tibb alimləri ata olmağa hazırlaşan kişilərin də içkidən uzaq dayanmalı olduğunu deyir. Həyat yoldaşının hamiləliyindən azı 6 ay əvvəl içkini atmaq lazımdır. Əks halda xəstə uşaq doğulmayacağına zəmanət verilmir.

Mütəxəssislərin fikrincə, valideynlərin spirtli içkiyə meylli olması körpənin ürək xəstəliyindən əziyyət çəkməsi ehtimalını artırır. Onlar hətta kişinin qadına nisbətən içkiyə daha tez "yox” deməli olduğunu bildirirlər.

Araşdırma göstərir ki, hamiləliyə 3 ay qalana qədər atanın spirtli içkidən istifadəsi ürək xəstəliyinə tutulmaq ehtimalını 44 faiz artırır. Qadında bu faiz 16-dır./Bizimyol.info

Xəbər lenti