Xəzər Xəbər

Azərbaycanda 678 uşaqda piylənmə aşkarlanıb

Cəmiyyət | 15:49 • 7 Oktyabr 2019
Azərbaycanda 678 uşaqda piylənmə aşkarlanıb

Ötən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib.


2017-ci ildə Azərbaycanda 699, 2016-cı ildə 712, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib.


2018-ci ildə 18 yaşadək olan hər 100 000 nəfər arasında 26 nəfərə ilk dəfə piylənmə diaqnozu qoyulub. 2017-ci ildə bu göstərici 27 nəfər təşkil edib.


2019-cu ilin əvvəlinə bu xəstəliklə qeydiyyatda olan uşaqların sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə 51 nəfər (2017-ci ildə 57) olub.


Piylənmə daha çox oğlan uşaqları arasında müşahidə edilir.


Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 41,3 faizi (2017-ci ildə 66,9 faizi) 0-13 yaşlı, 45,1 faizi (2017-ci ildə 33,1 faizi) 14-17 yaşlı olub.


Piylənmədən əziyyət çəkən oğlan uşaqlarının isə 58,7 faizi (2017-ci ildə 68,4 faizi) 0-13 yaşlı, 54,9 faizi (2017-ci ildə 31,6 faizi) 14-17 yaşlı olub.


Qeyd edək ki, BMT-nin bu yaxınlarda açıqladığı hesabata görə, dünyada beş yaşadək uşaqlar da daxil olmaqla, bütün yaş qruplarında artıq çəki və piylənmə halları artıb.


2018-ci ildə 40 milyon nəfər, yəni dünyadakı beş yaşadək bütün uşaqların 5,9 faizi artıq çəkidən əziyyət çəkib.


Artıq çəki və piylənmədən əziyyət çəkən 5 yaşadək uşaqlar daha çox Şimali Afrika və Qərbi Asiyada yaşayırlar.


Təşkilat qeyd edir ki, həmin uşaqlarda tibbi və psixoloji problemlər daha çox özünü göstərir.


Hesabata görə, keyfiyyətsiz qidalanma həm piylənməyə, həm də geniş yayılmış bir problemə - kifayət qədər qidalanmamağa səbəb olur.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaq yaşlarında piylənmə akademik fəaliyyətə təsir göstərir. Bu amil dərslərdə yüksək dərəcədə davamsızlığa və gözləniləndən daha aşağı müvəffəqiyyət dərəcəsinə gətirib çıxarır. (Trend)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti