Xəzər Xəbər

Ən çox sərxoş şəxslər bu rayonlardadır

Cəmiyyət | 16:00 • 4 Oktyabr 2019
Ən çox sərxoş şəxslər bu rayonlardadır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan ölür. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqol istifadəsi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) spirtli içkilərə həddən artıq aludəçiliyin 200-dən çox xəstəliyin yaranmasına şərait yaratdığını açıqlayıb. Ürək-damar xəstəliklərinin 25 faizi alkoqolizmdən yaranır.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin Baş həkimi Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, mərkəzə spirtli içki zəhərlənməsi ilə bağlı olaraq il ərzində 45-60 şəxsmüraciət edir:

"Müraciət edənlər, əsasən, gənclərdir. Belə ki, 25-35 yaş arası şəxslər üstünlük təşkil edir. Xanımlar daha çox sərxoşluqla bağlı müraciət edir.Müraciətlər daha çox gecələr sərxoşluqla əlaqədar olur. Vəziyyətləri elə də ağır olmur. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar. Adətən, sərxoş şəxslər Səbail, Nərimanov və Nəsimi rayonlarında yerləşən ərazilərdən gətirilir”.

Baş həkim müraciət edənlər arasında xarici vətəndaşların da olduğunu əlavə edib:

"Ərəblər və digər ölkələrdən gələn şəxslərin müraciəti çox az olur. Onlar, əsasən,sərxoşluqla bağlı gətirilir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti