Xəzər Xəbər

Sahil Babayev: Bu il 2500-ə qədər şəxsin əlillik statusu ləğv olunub

Cəmiyyət | 11:50 • 4 Oktyabr 2019
Sahil Babayev: Bu il 2500-ə qədər şəxsin əlillik statusu ləğv olunub

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımla bağlı monitorinqlər davam edir və edəcək. Biz müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparırıq".


Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.


Nazir qeyd edib ki, bu il ərzində 2500-ə qədər saxta əlilliyi olan şəxsin bu statusu ləğv olunub: "Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür".


Nazir bildirib ki, bu gün Azərbaycanda 70 mindən çox ailəyə, yəni 270 mindən çox insana ünvanlı sosial yardım verilir: "Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzrlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb, ünvanlı sosial yardımlar almaq üçün elektron müraciət edildikdən sonra həmin müqavilələr ləğv edilib. Bu müqavilələr üzrə hər hansı sosial sığorta və digər ödənişlər edilməyib. Aydın şəkildə görülür ki, bu şirkətlər, daha doğrusu fərdi sahibkarlar sırf manipulyasiya ilə məşğul olaraq ünvanlı sosial yardım sisteminə əlavə vətəndaşların cəlb edilməsinə əl atıblar. Ona görə də elektron sistem üzərindən araşdırma aparılıb. İlkin nəticə olaraq 800-ə qədər ünvanlı sosial yardım alan şəxslə bağlı tədbir görülüb. Amma bu araşdırma oktyabr ayı ərzində davam edəcək. Çünki ilkin risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Bu araşdırmanın nəticələri barədə ay ərzində əlavə məlumat veriləcək. Vətəndaşlarımıza bununla bağlı bir daha müraciət edərək demək istəyirəm ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur. Vətəndaşlar sadəcə diqqətlə bu müraciət formasını doldurmalıdırlar. Vətəndaşların hansısa şirkətlə, əlavə şəxslərlə təmas qurmasına ehtiyac yoxdur".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti