Xəzər Media Qrupun açıqlamasını təqdim edirik:
Hörmətli izləyicilər!
Son zamanlar Xəzər Media Qrupun adından istifadə edərək sosial şəbəkələrdə əxlaq normalarına uyğun olmayan paylaşımlar edilir. Belə hallarla ciddi mübarizə aparılmasına baxmayaraq, sosial şəbəkələrdə istənilən şəxs, yaxud qurumun adına hesabın açılmasının sadəliyindən istifadə edərək çoxlu sayda saxta səhifələr açılır. Həmin hesablardakı mənəvi dəyərlərə və əxlaq normalarına zidd paylaşımların qurumumuza heç bir aidiyyəti yoxdur. Bir daha izləyicilərimizin diqqətinə çatdırmaq istəyirik ki, Xəzər Media Qrupun sosial şəbəkələrdəki rəsmi səhifələri aşağıdakılardır.
https://www.facebook.com/xezermediacenter/
https://www.instagram.com/xezertvofficial/