Xəzər Xəbər

Bakıda mağaza satıcısı müştərisini döyərək burnunu sındırıb

Cəmiyyət | 09:32 • 30 Sentyabr 2019
Bakıda mağaza satıcısı müştərisini döyərək burnunu sındırıb

Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb.


Hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında baş verib.


Belə ki, mağazada müştəri olan 1974-cü il təvəllüdlü Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisınin təfərrüatlarını araşdırır. (APA)

Xəbər lenti