Xəzər Xəbər

Bu, infarktın əlaməti ola bilər 4 saatdan artıq davam edirsə…

Cəmiyyət | 10:21 • 28 Sentyabr 2019
Bu, infarktın əlaməti ola bilər

İnfarktın əsas əlamətləri kimi bilinən məşhur sinə ağrıları və döş qəfəsində olan yanmalardır.

Lakin həkimlər infarkt keçirən hər xəstədə bu halların yaşanmayacağını istisna etmir. İnfakt qarın ağrısı ilə də baş verə bilər. Xüsusilə tərləmək, halsızlıq kimi şikayətlər eyni zamanda baş verirsə və gəzərkən qarın ağrısı artırsa, bu infaktın əlamətləri ola bilər. Ağrılar 4 saatdan çox olursa diqqətli olmaq lazımdır.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, qarının fərqli yerlərində ağrılar, mədə-bağrsaq pozulmaları, böyrək daşı, qadınlarda və kişilərdə cinsiyyət orqanlarının xəstəliklərindən də ola bilər. Lakin ağciyər iltihabları və infaktın ola biləcəyini də unutmaq olmaz.

Ürək xəstələrinin 10%-i qarın ağrısından şikayətlənərək, həkimə müraciət edən insanlardır. Buna görə də qarın ağrısına ötəri yanaşmaq olmaz. Əgər ağrılarınız 4 saatdan çox davam edirsə və daha da şiddətlənirsə qətiyyən ağrıkəsici dərmandan istifadə etməyin.

Risk dəyəri çox olan xəstələrdə qarın ağrısı olarsa infaktdan şübhələnmək və bununla bağlı araşdırmalar aparmaq lazımdır. Xəstə, səbəbi bəlli olmadan əzələ genişləndirici və mədə qoruyucu dərmanlar yazılaraq, evə göndərilməməlidir. Əvvəllər ürək damar problemi yaşayan, ürəyinə stend taxılmış, şəkər xəstəliyi olan, ailəsində erkən yaşda ürək xəstəliyi , uzunmüddətli təzyiq prolemi olan və ya təzyiqi stabil olmayan xəstələr, xalesteronu yüksək olanlar, ən vacibi siqaret çəkən insanlarda uzunmüddətli qarın ağrısı olduqda mütləq kardioloq qəbuluna göndərilməlidir. 6 saat fasilə ilə azı iki dəfə qan analizi verilməli və EKQ çəkilməlidir. Bu xəstələrdə ürək infarktı istisna olunmadan, xəstəxanadan evə göndərmək olmaz.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti