Xəzər Xəbər

Qarın ağrısı infarktın əlaməti ola bilər – 4 saatdan artıq davam edirsə…

Cəmiyyət | 15:36 • 26 Sentyabr 2019
Qarın ağrısı infarktın əlaməti ola bilər – 4 saatdan artıq davam edirsə…

İnfarktın əsas əlamətləri kimi bilinən məşhur sinə ağrıları və döş qəfəsində olan yanmalardır.

Lakin həkimlər infakt keçirən hər xəstədə bu halların yaşanmayacağını istisna etmir. İnfakt qarın ağrısı ilə də baş verə bilər. Xüsusilə tərləmək, halsızlıq kimi şikayətlər eyni zamanda baş verirsə və gəzərkən qarın ağrısı artırsa, bu infaktın əlamətləri ola bilər. Ağrılar 4 saatdan çox olursa diqqətli olmaq lazımdır.

XəzərXəbər Medicina.az-a istinadla xəbər verir ki, qarının fərqli yerlərində ağrılar, mədə-bağrsaq pozulmaları, böyrək daşı, qadınlarda və kişilərdə cinsiyyət orqanlarının xəstəliklərindən də ola bilər. Lakin ağciyər iltihabları və infaktın ola biləcəyini də unutmaq olmaz.

Ürək xəstələrinin 10%-i qarın ağrısından şikayətlənərək, həkimə müraciət edən insanlardır. Buna görə də qarın ağrısına ötəri yanaşmaq olmaz. Əgər ağrılarınız 4 saatdan çox davam edirsə və daha da şiddətlənirsə qətiyyən ağrıkəsici dərmandan istifadə etməyin.

Risk dəyəri çox olan xəstələrdə qarın ağrısı olarsa infaktdan şübhələnmək və bununla bağlı araşdırmalar aparmaq lazımdır. Xəstə, səbəbi bəlli olmadan əzələ genişləndirici və mədə qoruyucu dərmanlar yazılaraq, evə göndərilməməlidir. Əvvəllər ürək damar problemi yaşayan, ürəyinə stend taxılmış, şəkər xəstəliyi olan, ailəsində erkən yaşda ürək xəstəliyi , uzunmüddətli təzyiq prolemi olan və ya təzyiqi stabil olmayan xəstələr, xalesteronu yüksək olanlar, ən vacibi siqaret çəkən insanlarda uzunmüddətli qarın ağrısı olduqda mütləq kardioloq qəbuluna göndərilməlidir. 6 saat fasilə ilə azı iki dəfə qan analizi verilməli və EKQ çəkilməlidir. Bu xəstələrdə ürək infarktı istisna olunmadan, xəstəxanadan evə göndərmək olmaz.

Xəbər lenti