Xəzər Xəbər

DİQQƏT! Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət | 12:45 • 9 Sentyabr 2019
DİQQƏT!

9 sentyabr səhər saatlarından etibarən Xətai rayonu, "NZS” qəsəbəsində 2 km uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu üzdən sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir.

Xəbər lenti