Xəzər Xəbər

Avtomobilimizi soyuq havalara necə hazırlayaq?

Cəmiyyət | 16:50 • 8 Sentyabr 2019
Avtomobilimizi soyuq havalara necə hazırlayaq?

Kəskin istilərdən sonra avtomobillərin payız-qış mövsümünə hazırlığı vacibdir. Bir çox sürücülər buna əhəmiyyət verməsələr də, havalar soyuyandasürücülərin bir sıra problemlərlə qarşılaşması qaçılmaz olur.

Bəs avtomobilini payız-qış aylarına hazırlamaq nə deməkdir və nələrə diqqət yetirmək lazımdır?

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı avtomobil ustası Cavid Əliyevlə danışıb.

Ustanın sözlərinə görə, qarlı və yağışlı havalarda avtomobildə nasazlığın yaranmasının qarşısını almaq üçün ilk növbədə avtomobilin şassisində "şarovoy"laryoxlanılmalıdır:

"Bundan başqa, mühərrik üçün nəzərdə tutulan yağların dəyişdirilməsi çox vacibdir. Ümumiyyətlə, avtomobillər hər 15 min kilometrdən bir texniki yoxlanışdan keçməlidir. Həmçinin, avtomobillərdə istifadə edilən antifrizin də dəyişdirilməsi məsləhət görülür. Bu, soyuq havalarda mühərrikin donmasının qarşısını alır".

C.Əliyev bildirib ki, yay aylarında avtomobildəki kanalizasiya boruları tutulur və bunlar təmizlənməlidir.

"Payız-qış aylarında avtomobilin təkərlərinin də yaxşı vəziyyətdə olması əsas amildir. Elə təkərlər var ki, dörd mövsüm üçün nəzərdə tutulub, elələri də var, ya qış, ya da yay üçündür. Əgər təkərlərin havalarıdüz vurulsa, bu, benzin sərfiyyatına təsir edəcək. Misal üçün, yay aylarında sedan tipli avtomobillərdə təkərlərdə 1,2-2 atmosfer hava olursa, qışda bu rəqəm 2,1-2,2 olmalıdır".

Bununla yanaşı, usta qeyd edib ki, avtomobildə olan rezin detalların dəyişdirilməsi də mütləqdir:

"İsti havalarda rezinlər quruyur və soyuqlar olduqda bu, özünü daha çox büruzə verir, avtomobillərdən müxtəlif xoşagəlməz səslər gəlir".

Usta əlavə edib ki, bu kimi məsələlərə əməl edilmədiyinə görəyağışlar yağan kimi sexin qarşısı nasaz avtomobillərlə dolu olur:

"Kimsə avtomobilin mühərrikinin qaynatdığını deyir, kimsə də avtomobildən gələn müxtəlif səslərdən və digər məsələlərdən şikayət edir. Vaxtında texniki yoxlanışdan keçib problemləri həll etsələr, soyuq havalarda əziyyət çəkməzlər".

Xəbər lenti