Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu sentyabrın 25-dək davam edəcək.
Təhsil Nazirliyindən bildirilib ki, elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan müvafiq qrupa qəbul edilə bilər.