Xəzər Xəbər

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı davam edir

Cəmiyyət | 10:55 • 7 Sentyabr 2019
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı davam edir

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsindən uğurla keçənlərin qeydiyyatı davam edir.


Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, ikinci turda ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər sentyabrın 10-dək təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.


Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu avqustun 28-dən sentyabrın 5-dək davam edib. İkinci mərhələdə 5 min 500-ə qədər namizəd qeydiyyatdan keçib, onlardan 3 min 754 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.


Sənəd qəbulu "ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə olub. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti