Xəzər Xəbər

Ümumi təhsil bazasında kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır

Cəmiyyət | 09:13 • 4 Sentyabr 2019
Ümumi təhsil bazasında kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır

Bu gündən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları orta ixtisas təhsili müəssisələrinə qeydiyyatı başlayır.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ötən gün 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.


Müsabiqəsində iştirak etmək üçün 3097 abituriyent ərizə təqdim edib. Onlardan 1928 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.


Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Xəbər lenti