Qarşıdakı 2-3 gün ərzində ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, yaxın 3 gün ərzində yağış yağacaq və şimşək çaxacaq, lakin havanın temperaturunda elə də mühüm dəyişiklik olmayacaq:
"Son günlər ölkədə qeyri-sabit hava şəraiti müşahidə edilir. Bu cür havanın qarşıdakı 3 gün ərzində davam edəcəyi ehtimal edilir. Paytaxtda və bölgələrdə şimşək çaxacağı və arabir yağış yağacağı gözlənilir. Hətta bəzi yerlərdə yağışın leysan xarakterli olma ehtimalı var”.